Qaynar xətt:

(+99450) 247 90 86

1 milyard saxta pulu əhaliyə payladılar  - ŞOK ƏMƏLİYYAT

1 milyard saxta pulu əhaliyə payladılar  - ŞOK ƏMƏLİYYAT

DÜNYA

472

08.11.2023, 12:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mütəşəkkil cinayətkar qrup Dağıstanda 1 milyard saxta rubl çap etdirib və qrup üzvləri saxlanılana qədər onu bütün Rusiyaya satmağa nail olub.

 

Oxu24.com  xəbər verir  ki,bu barədə “Kommersant” qəzeti yazır.

 

Saxlanılanlar arasında dəstənin rəhbərləri də olub.

 46 yaşlı Muqutdin Charinov və 62 yaşlı Hacı Daudov.

Onların hər ikisi təkrar cinayət törətmiş şəxslərdir. İstintaqın məlumatına görə, 2018-ci ildən Çarinov və Daudov darknet-də tanınan Elite saxta pul ticarəti platforması ilə fəal əməkdaşlıq edirlər.

Onlar sayta saxta əskinasları nominalının 30%-i qiymətinə satıblar. Saxtaçılardan götürülən əskinasların o qədər keyfiyyətli olduğu üzə çıxıb ki, hətta bankomatlar onları qəbul edib.

FSB, Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının əməkdaşlarının iştirak etdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxta məhsullar hazırlayan maşınlar, mürəkkəbli printerlər, kəsicilər, quruducu maşınlar, boyalar və metal klişelər götürülüb.

Bundan əvvəl Daxili İşlər Nazirliyi saxta pul satan dəstəyə qarşı xüsusi əməliyyatın təfərrüatlarını açıqlayıb, şübhəlilərin mənzillərində 100-dən çox axtarış təşkil edilib.

 

Müəllif:Nigar