Qaynar xətt:

(+99450) 247 90 86

İsrail Zelenskinin səfərini təxirə saldığını açıqlayıb

İsrail Zelenskinin səfərini təxirə saldığını açıqlayıb

DÜNYA

399

07.11.2023, 19:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna prezidenti Vladimir Zelenskinin İsrailə noyabrın 7-nə planlaşdırılan səfəri başqa günə təxirə salınıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə “The Times of Israel” qəzeti İsrail diplomatik departamentindəki mənbəyə istinadən yazır.

 

Təxirə salınmasına səbəb kimi səfərlə bağlı məlumatın sızması olduğu dəqiqləşdirilir.

Lakin səfər ləğv edilməyib və başqa gün gözlənilir.

“Prezident Zelenski gəlsə, onu qucaq açıb qarşılayacaqlar”, - nəşrin həmsöhbəti deyib.

O qeyd edib ki, səfər üçün yeni tarix hələ müəyyən edilməyib.

Zelenskinin İsrailə əvvəlki səfəri də iddiaya görə, informasiya sızması səbəbindən uğursuz olub.

 

Müəllif:Afət