Qaynar xətt:

(+99450) 247 90 86

İsrail-Livan sərhədində gərginlik davam edir

İsrail-Livan sərhədində gərginlik davam edir

DÜNYA

290

07.11.2023, 18:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail ordusu Livanın hava məkanına daxil olmaq istəyən xarici təyyarənin qarşısının alındığını və Livan ərazisindən açılan atəşə artilleriya atəşi ilə cavab verildiyini açıqlayıb.
 

Oxu24.com xəbər verir  ki,İsrail ordusu sözçüsü tərəfindən verilən açıqlamada Livandan İsrail hava məkanına girməyə çalışan şübhəli hava qüvvələrinin qarşısının alındığı bildirilib.

 

Aramşe bölgəsində İsrail əsgərlərinə atəş açılan nöqtələrə Livan ərazisinin artilleriya atəşi ilə cavab verdiyi də bildirilib.

 

İsrail ordusunun 8 oktyabrdan bəri Livanda həyata keçirdiyi hücumlarda biri jurnalist, üçü uşaq olmaqla ümumilikdə 14 mülki vətəndaş həyatını itirib.

 

Oktyabrın 8-dən Hizbullah ilə İsrail ordusu arasında baş verən qarşıdurmalarda 63 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.

 

Müəllif:Nigar