Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə – SİYAHI
27 Sentyabr 2026, 15:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
340
07.11.2023, 18:07
Pakistanın Hayber Paxtunxva əyalətində neft və təbii qaz şirkətinə edilən hücumda 2 polis məmuru həyatını itirib, 3-ü isə yaralanıb.
Oxu24.com xəbər verir ki,Geo News televiziyasında yer alan xəbərə görə, Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində neft və təbii qaz şirkətinə silahlılar tərəfindən hücum təşkil edilib.
Hücumda 2 polis məmuru həyatını itirib, 3 polis əməkdaşı yaralanıb.
Səlahiyyətlilər hücumda ölən və yaralanan polislərin neft və təbii qaz şirkətinin təhlükəsizliyinə cavabdeh olduqlarını və silahlıların tutulması üçün əməliyyata başlanıldığını bildirib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Bu, silahlıların Dera İsmayıl Xan bölgəsində son 5 gündə həyata keçirdiyi 5-ci hücum olub.
Bu il ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.
İslamabad hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə olunduğunu iddia etsə də, Əfqanıstan bu iddiaları rədd edir.
Xeyber-Paxtunxva əyalətinin Hayber bölgəsində dünən başlayan qarşıdurmada 3 yaraqlı zərərsizləşdirilib, biri polkovnik-leytenant olmaqla 4 əsgər həyatını itirib.
Noyabrın 4-də Pəncab əyalətindəki Mianvali Hasa bazasına silahlıların hücumunun qarşısı alınıb və 9 yaraqlı zərərsizləşdirilib.
Noyabrın 3-də Hayber Paxtunxva əyalətində terrorçuların polis maşınına yerləşdirilmiş bomba hücumu nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Həmin gün Qvadar bölgəsində təhlükəsizlik qüvvələrini daşıyan 2 avtomobilə edilən hücumda 14 əsgər həyatını itirib.
Müəllif: Nigar
16:14 / 27 Sentyabr 2026
1
15:59 / 27 Sentyabr 2026
37
15:48 / 27 Sentyabr 2026
47
15:42 / 27 Sentyabr 2026
276
15:30 / 27 Sentyabr 2026
48
15:15 / 27 Sentyabr 2026
48
15:05 / 27 Sentyabr 2026
49
14:53 / 27 Sentyabr 2026
52
14:50 / 27 Sentyabr 2026
58
14:36 / 27 Sentyabr 2026
338
14:35 / 27 Sentyabr 2026
122
14:31 / 27 Sentyabr 2026
50
14:30 / 27 Sentyabr 2026
49
14:05 / 27 Sentyabr 2026
60
13:55 / 27 Sentyabr 2026
46
13:29 / 27 Sentyabr 2026
189
13:26 / 27 Sentyabr 2026
70
13:12 / 27 Sentyabr 2026
53
13:01 / 27 Sentyabr 2026
197
12:58 / 27 Sentyabr 2026
57
12:46 / 27 Sentyabr 2026
555
12:38 / 27 Sentyabr 2026
191
12:29 / 27 Sentyabr 2026
440
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.