Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstan Avropa İttifaqına namizəd statusu alacaq

Gürcüstan Avropa İttifaqına namizəd statusu alacaq

DÜNYA

340

07.11.2023, 14:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azadlıq” radiosunun avropalı köşə yazarı Rikard Jozviak sosial şəbəkələrdə yazıb ki, Gürcüstan müəyyən şərtlərlə Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alacaq.

 

Oxu24.com xəbər verir  ki,27 Avropa komissarının Nazirlər Kabinetinin rəhbərləri Aİ-nin genişlənməsini müzakirə etmək üçün  görüşüblər.

 

“Noyabrın 7-də danışıqlar davam edəcək, lakin əsas ilkin şərtlər bəllidir: Ukrayna və Moldova Aİ-yə üzvlük danışıqlarının başlanmasını  gözləyəcək və Gürcüstan növbəti mərhələyə keçmək üçün şərtlərlə namizəd statusu alacaq.",- deyə Jozwiak yazıb.

 

Avropa Komissiyasının tövsiyəsi noyabrın 8-də dərc olunacaq və yekun qərarı bu ilin dekabrında Aİ liderləri verəcək.

 

Müəllif:Nigar