Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ və Türkiyə nümayəndələri Qəzza ilə bağlı danışıqları yekunlaşdırıb

ABŞ və Türkiyə nümayəndələri Qəzza ilə bağlı danışıqları yekunlaşdırıb

DÜNYA

268

06.11.2023, 14:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında əsas mövzu Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar başa çatıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

 

“İki nazir arasında saat 10:38-də başlayan şəxsi və nümayəndə heyətləri arası danışıqlar təxminən 2,5 saat davam edib. Görüşdən sonra heç bir açıqlama verilməyib”,,- deyə  jurnalistlər yazır.

Görüşdən sonra Blinken Xarici İşlər Nazirliyinin binasını tərk edib. Dövlət katibinin Ankaradan sonra Yaponiya, Cənubi Koreya və Hindistana səfəri gözlənilir.

Oktyabrın 30-da Fidan və Blinken arasında telefon danışığı olub, onlar həmçinin Fələstin-İsrail münaqişəsini, girovların azad edilməsi imkanlarını və humanitar yardımın çatdırılması şərtlərini müzakirə ediblər. Bundan əlavə, ABŞ və Türkiyə nümayəndələri İsveçin NATO-ya mümkün daxil olması barədə danışıblar.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Blinkeni Yaxın Şərqdəki münaqişəyə yanaşmasına görə tənqid etmişdi.

 

Müəllif:Nigar