Qaynar xətt:

(+99450) 247 90 86

Evdən yeniyetmə qızların meyitləri tapıldı

Evdən yeniyetmə qızların meyitləri tapıldı

DÜNYA

364

05.11.2023, 23:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Krasnodar vilayətində mənzillərdən birində 16 və 17 yaşlı üç yeniyetmənin meyiti tapılıb.

 

Oxu24.com xəbər verir ki,bu barədə vilayət İstintaq Komitəsinə məlumat verilib.

 

Hadisə Çekistov prospektində yerləşən yaşayış binasındakı mənzildə baş verib.

Meyitləri yeniyetmələrdən birinin qohumu tapıb, bundan sonra o, dərhal polisə və həkimlərə müraciət edib.

"Gələn həkimlər azyaşlıların ölümünü təsdiqləyiblər", - İstintaq Komitəsi aydınlıq gətirib.

Faktla bağlı “Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb. İstintaq Komitəsi qeyd edib ki, yeniyetmələrin meyitlərində görünən zorakılıq əlamətləri aşkar edilməyib.

Mənzildən siqaret çəkən qurğular və narkotik vasitələr götürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəb və şəraitini müəyyənləşdirməkdə davam edir.

 

Müəllif:Afət