Qaynar xətt:

(+99450) 247 90 86

Avropada antisemitizm hadisələri artmaqdadır

Avropada antisemitizm hadisələri artmaqdadır

DÜNYA

369

05.11.2023, 22:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) ölkələrində antisemitizm zəminində baş verən hadisələrin sayının artdığını elan edib.

 

Oxu24.com xəbər verir ki, bu barədə sənəd bazar günü, noyabrın 5-də AK saytında dərc olunub.

 

"Son bir neçə gündə Avropada antisemitizm hadisələrinin artması fövqəladə həddə çatıb və bu, tarixin qaranlıq dövrlərini xatırladır. Bu gün Avropa yəhudiləri yenidən qorxu içində yaşayırlar", - komissiya qeyd edib.

 

Sənəddə qeyd olunur ki, antisemitizm hərəkətləri vahid Avropanın müdafiə etdiyi bütün əsas dəyərlərə və həyat tərzinə ziddir. AK əlavə edib ki, heç kim dinə və ya şəxsiyyətə görə mümkün ayrı-seçkilik və ya zorakılığa görə qorxu içində yaşamamalıdır.

 

Avropa İttifaqı bütün icmalarını müdafiə etməyə və irqi, milli və ya dini zəmində zorakılığa ictimai təhrik haqqında qanunvericiliyə ciddi şəkildə riayət etməyə qətiyyətlə sadiqdir.


Bundan əvvəl Almaniyanın İqtisadiyyat naziri və vitse-kansler Robert Habek ölkədə antisemitizmin miqyasından qorxduğunu bildirmişdi. Onun sözlərinə görə, Almaniyada bu cür təzahürlərə yer yoxdur.

 

Müəllif:Afət