Qaynar xətt:

(+99450) 247 90 86

Mahaçqalada 201 nəfər tutuldu

Mahaçqalada 201 nəfər tutuldu

DÜNYA

328

05.11.2023, 22:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mahaçqala hava limanında iğtişaşlardan sonra polis 201 nəfəri saxlayıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Protokolda deyilir: “82 qanun pozucusu polis əməkdaşının qanuni əmrinə tabe olmadıqları üçün məsuliyyətə cəlb edilib.

 

Hüquq-mühafizə orqanları xırda xuliqanlığa görə 107 nəfərin məsuliyyətə cəlb edildiyini, daha 17 nəfərin mitinqin təşkili və keçirilməsinin müəyyən edilmiş qaydasını pozduqlarına görə cərimələndiyini açıqlayıb.

Ümumilikdə, talanların 155 iştirakçısı barəsində inzibati protokollar tərtib edilib.

Oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Təl-Əvivdən Dağıstana gələn müntəzəm reyslə əlaqədar Mahaçqala hava limanında kütləvi iğtişaşlar baş verib. Yüzlərlə insan hava limanının binasına və aerodroma daxil olub. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları sıxışdırıb çıxara biliblər.

Son məlumatlara görə, insident nəticəsində polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan xəsarət alıb. 60 iğtişaşçı saxlanılıb. Dağıstan hakimiyyəti, eləcə də dini liderlər hadisəni pisləyib və onu kənar təxribatla əlaqələndiriblər. Kreml həmçinin Mahaçqaladakı iğtişaşları “xarici təsir”lə əlaqələndirib.

Bundan əvvəl İstintaq Komitəsi hava limanında iğtişaşlar nəticəsində dəymiş ziyanı yüz milyonlarla rubl qiymətləndirmişdi.

 

Müəllif:Afət