Qaynar xətt:

(+99450) 247 90 86

Putin Ekvatorial Qvineya rəhbəri ilə görüşəcək

Putin Ekvatorial Qvineya rəhbəri ilə görüşəcək

DÜNYA

324

01.11.2023, 19:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya prezidenti Vladimir Putin noyabrın 2-də Ekvatorial Qvineyalı həmkarı Teodoro Obianq Nguema Mbasoqo ilə görüşəcək.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Xəbərdə deyilir ki, Mbasoqo sabah Rusiya paytaxtına rəsmi səfərə gələcək və orada Putinlə görüşəcək.

 

Dövlət liderləri ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə edəcək, həmçinin Rusiya Federasiyası ilə Mərkəzi Afrika dövlətləri arasında əlaqələrin gücləndirilməsi barədə danışacaqlar.

 

Qeyd olunur ki, hazırda Ekvatorial Qvineya Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECCA) sədridir.

Həmçinin bu həftə Putinin planlarına Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş, noyabrın 4-də keçiriləcək tədbirlərdə iştirak və İctimai Palatanın yenilənmiş tərkibi ilə görüş daxildir. Digər əcnəbi həmkarlarla da görüşlər nəzərdə tutulub.

Noyabrın 1-i axşam Rusiya prezidentinin iştirakı ilə iqtisadi məsələlərə həsr olunmuş iclas gözlənilir.

 

Müəllif:Afət