Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb
27 Sentyabr 2026, 17:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
302
01.11.2023, 18:08
Avropada miqrantların sayının artması ciddi problemdir, lakin Aİ ölkələri İtaliyanın bunu müzakirə etmək cəhdlərinə məhəl qoymur.
Oxu24.com xəbər verir ki,İtaliyanın baş naziri Giorgia Meloni bu barədə prankerlər Lexus və Vovan (Aleksey Stolyarov və Vladimir Kuznetsov) ilə söhbətində danışıb.
Söhbətdə prankerlər özlərini adı açıqlanmayan afrikalı siyasətçi kimi təqdim ediblər.
“Vəziyyət kifayət qədər mürəkkəbdir, ilin əvvəlindən əsasən Tunisdən 120 mindən çox insan gəlib. Avropa uzun müddət düşünürdü ki, İtaliyanı onunla tək qoymaqla problemi həll edə bilər. Onlar bunun qeyri-mümkün olduğunu başa düşmürlər, çünki bu fenomenin miqyası, fikrimcə, təkcə Avropa İttifaqına deyil, həm də BMT-yə təsir edir”, – Giorgia Meloni bildirib.
Üstəlik, “digərlərinin vecinə deyil” və “Mən onlara zəng edəndə telefona cavab vermədilər” deyə şikayətlənib. Onun fikrincə, Avropa İttifaqının liderləri qeyri-qanuni miqrasiya probleminin həlli üçün vəsait ayırmaqda maraqlı deyillər. Və Nigerdə hərbi əməliyyat keçirmək qərarı verilərsə, Avropa yeni əhəmiyyətli qaçqın axını ilə üzləşə bilər.
Avropada miqrasiya böhranı 2015-ci ildən, Şimali Afrika, Yaxın Şərq və Şərqi Asiyadan Aİ-yə gələn qaçqın və qeyri-qanuni miqrant axınının kəskin şəkildə artdığı vaxtdan bəri davam edir.
Əvvəllər Polşada Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar miqrasiya siyasətini sərtləşdirməyə çağırışlar edilib.
Müəllif:Afət
17:14 / 27 Sentyabr 2026
1
17:08 / 27 Sentyabr 2026
15
16:51 / 27 Sentyabr 2026
34
16:45 / 27 Sentyabr 2026
40
16:39 / 27 Sentyabr 2026
74
16:36 / 27 Sentyabr 2026
49
16:27 / 27 Sentyabr 2026
48
16:14 / 27 Sentyabr 2026
55
15:59 / 27 Sentyabr 2026
53
15:48 / 27 Sentyabr 2026
62
15:42 / 27 Sentyabr 2026
495
15:30 / 27 Sentyabr 2026
59
15:15 / 27 Sentyabr 2026
62
15:05 / 27 Sentyabr 2026
62
14:53 / 27 Sentyabr 2026
65
14:50 / 27 Sentyabr 2026
73
14:36 / 27 Sentyabr 2026
416
14:35 / 27 Sentyabr 2026
157
14:31 / 27 Sentyabr 2026
63
14:30 / 27 Sentyabr 2026
59
14:05 / 27 Sentyabr 2026
69
13:55 / 27 Sentyabr 2026
57
13:29 / 27 Sentyabr 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.