Qaynar xətt:

(+99450) 247 90 86

Finlandiyada Rusiyanın bir sıra ticarət nişanları müsadirə edilib

Finlandiyada Rusiyanın bir sıra ticarət nişanları müsadirə edilib

DÜNYA

254

01.11.2023, 17:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Finlandiyada Kalaşnikov və RT ticarət nişanları müsadirə edilib

Oxu24.com xəbər verir  ki,Finlandiyanın Borcların Alınması İdarəsi RT televiziya kanalını idarə edən ANO TV-Novosti tərəfindən ölkədə qeydə alınan bütün ticarət nişanları və loqolarını müsadirə edib.

Bu barədə Yle məlumat yayıb.

Eyni tədbirlər Sberbank və Kalaşnikov silah konserninin ticarət nişanlarına münasibətdə də görüldü.

Hesabatda qeyd olunur ki, hüquqlar və ticarət nişanları Aİ-nin cari sanksiyaları səbəbindən Finlandiya Patent İdarəsinin məlumat bazasından çıxarılıb.

Bundan əvvəl Finlandiyanın ədliyyə naziri Leenu Meri bildirmişdi ki, ölkə hökuməti 2027-ci ildə səlahiyyət müddəti başa çatana qədər ruslara məxsus daşınmaz əmlakın müsadirəsi prosesini asanlaşdırmaq istəyir.

Rusiyalı daşınmaz əmlak və mənzil-tikinti kooperativlərindəki pay sahibləri “hüquqi öhdəliklərinə getdikcə laqeyd yanaşır”.

 

Finlandiya rəsmilərinin uzun müddətdir Helsinki hava limanında dayanmış avtomobilləri təxliyyə edəcəyi də bildirilib.

 

Müəllif:Afət