Zelenski Ukrayna Ordusunun Liman istiqamətində uğurlu əməliyyat keçirdiyini açıqlayıb
27 Sentyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
418
30.10.2023, 22:50
İsrail ordusunun sözçüsü podpolkovnik Conatan Konrikus bildirib ki, humanitar təşkilatların və BMT-nin tələblərinə baxmayaraq, İsrail Qəzza zolağına yanacağın verilməsinə icazə verməyəcək.
RİA Novosti xəbər verir ki, o, bu barədə ACANU assosiasiyasının BMT-də akkreditə olunmuş jurnalistləri ilə keçirdiyi brifinqdə müvafiq bəyanatla çıxış edib.
“Biz Qəzzaya yanacaq tədarükünə icazə verməyəcəyik və heç nə bizi buna məcbur etmir”, - Konrikus bildirib.
Onun sözlərinə görə, İsrail hakimiyyəti Fələstinin Həmas qrupunun bundan İsrailə qarşı istifadə etməsini istəmir.
Bundan əvvəl Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağının səhiyyə strukturlarının dərman və yanacaq ehtiyatlarının tükəndiyini bildirmişdi.
Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanırdı və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yaraqlıların yüzlərlə hədəfinə zərbələr endirib və ölkənin Milli Təhlükəsizlik Şurası anklava su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib.
Nigar
18:44 / 27 Sentyabr 2026
10
18:25 / 27 Sentyabr 2026
34
17:14 / 27 Sentyabr 2026
55
17:08 / 27 Sentyabr 2026
55
16:51 / 27 Sentyabr 2026
60
16:45 / 27 Sentyabr 2026
59
16:39 / 27 Sentyabr 2026
114
16:36 / 27 Sentyabr 2026
72
16:27 / 27 Sentyabr 2026
65
16:14 / 27 Sentyabr 2026
65
15:59 / 27 Sentyabr 2026
65
15:48 / 27 Sentyabr 2026
74
15:42 / 27 Sentyabr 2026
666
15:30 / 27 Sentyabr 2026
63
15:15 / 27 Sentyabr 2026
68
15:05 / 27 Sentyabr 2026
66
14:53 / 27 Sentyabr 2026
70
14:50 / 27 Sentyabr 2026
80
14:36 / 27 Sentyabr 2026
496
14:35 / 27 Sentyabr 2026
186
14:31 / 27 Sentyabr 2026
67
14:30 / 27 Sentyabr 2026
65
14:05 / 27 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.