Qaynar xətt:

(+99450) 247 90 86

Avropada Facebook və Instagram-a reklamsız daxil olmaq üçün abunə seçimi təklif olunacaq

Avropada Facebook və Instagram-a reklamsız daxil olmaq üçün abunə seçimi təklif olunacaq

DÜNYA

283

30.10.2023, 19:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Facebook” və “Instagram”ın sahibi Meta, Avropadakı istifadəçilərə Facebook və Instagram-a reklamsız girişi təmin etmək üçün aylıq abunə seçimi təklif ediləcəyini açıqlayıb.

 

Oxu24.com xəbər verir  ki,Avropada Facebook və Instagram-a reklamsız daxil olmaq üçün abunə seçimi təklif olunacaq

Meta tərəfindən edilən açıqlamada, Avropadakı tənzimləmələrə uyğunlaşmaq üçün Avropa Birliyi (AB), Avropa İqtisadi Bölgəsi və İsveçrədə yeni abunə variantının təklif ediləcəyi bildirilib.

Açıqlamada bildirilib ki, noyabr ayında bu bölgələrdəki Facebook və ya Instagram istifadəçilərinə reklamlarla pulsuz olaraq fərdiləşdirilmiş xidmətlərdən istifadə etməyə davam etmək və ya reklamları bloklamaq üçün abunə olmaq imkanı veriləcək.

Açıqlamada, istifadəçilər abunə olduqları halda, onların məlumatlarından reklam üçün istifadə edilməyəcəyi, abunə haqqının internet vasitəsilə ayda 9,99 avro, iOS və Android mobil əməliyyat sistemləri ilə isə ayda 12,99 avro olacağı bildirilib.

 

Müəllif:Nigar