Qaynar xətt:

(+99450) 247 90 86

Avtobus dərəyə aşdı:Xeyli sayda yaralı var

Avtobus dərəyə aşdı:Xeyli sayda yaralı var

DÜNYA

315

30.10.2023, 13:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada,Buryatiyada sərnişinləri olan avtobus yoldan çıxaraq çuxura aşıb

Buryatiyada Maksimixa kəndindən 15 km aralıda turistləri daşıyan avtobusla qəza baş verib.

Oxu24.com xəbər verir  ki,bu barədə “ATV / News of Buryatia” Teleqram kanalı  məlumat yayıb.

Kanalın məlumatına görə, avtobus Ulan-Udedən müqəddəs yerə - ilahə Yanjimanın üzünə gedirmiş. Məlum olub ki, “Fiat Ducato” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili kanala aşıb.

Avtomobildə 8 nəfər olub, onlardan üçü xəstəxanaya aparılıb.

Ötən gün Sevastopolda avtobus dayanacağında iki avtobus toqquşub. Hadisə nəticəsində sürücülərdən biri və 10-dan çox sərnişin xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Sevastopol üzrə verdiyi məlumata görə, oktyabrın 28-də axşam saatlarında “Mercedes-Benz” markalı avtobusun sürücüsü qarşısında dayanmış “Boqdan” markalı avtobusla toqquşub. Video görüntülərdə qəzanın avtobus dayanacağı yaxınlığında baş verdiyi görünür. Toqquşma zamanı hər iki avtobusda sərnişinlər olub.

 

Müəllif:Aygün