Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynaya məxsus 40-dan çox pilotsuz təyyarə vurulub

Ukraynaya məxsus 40-dan çox pilotsuz təyyarə vurulub

DÜNYA

367

29.10.2023, 15:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya hərbçiləri bir gündə Ukrayna silahlı qüvvələrinin 40-dan çox pilotsuz uçuş aparatını (PUA) vurub.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Rusiya Müdafiə Nazirliyinin hesabatında deyilir.

 

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hava hücumundan müdafiə sistemləri Nırkovo, Ploşçanka, Troitskoye, Zolotarevka, Verxnetoretskoye, Novofedorovka və Vasilyevka yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 44 PUA-nı məhv edib.

 

Oktyabrın 29-na keçən gecə Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Qara dəniz regionunda və Krımın şimal-qərb hissəsində Ukraynaya məxsus 36 pilotsuz təyyarənin məhv edildiyini bildirib.

 

Bundan əvvəl bildirilirdi ki, oktyabrın 26-da axşam saatlarında Ukrayna hərbçiləri üç pilotsuz uçuş aparatı ilə Kursk AES-ə hücuma cəhd edib. Pilotsuz təyyarələrdən biri nüvə tullantıları anbarına düşüb və onun divarlarını zədələyib. Digər ikisi isə inzibati binalar kompleksinin üzərinə düşüb.

 

Müəllif: Nigar