Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ İsraili Qəzza zolağında genişmiqyaslı quru əməliyyatından imtina etməyə çağırıb

ABŞ İsraili Qəzza zolağında genişmiqyaslı quru əməliyyatından imtina etməyə çağırıb

DÜNYA

315

27.10.2023, 23:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ prezidenti Co Baydenin administrasiyası İsraili Qəzza zolağında genişmiqyaslı quru əməliyyatından imtina etməyə çağırır.

 

Oxu24.com xəbər verir  ki,  bu  barədə  Washington Post (WP) ABŞ rəsmilərinə istinadən yazır.

 

Nəşr bildirir ki, prezident administrasiyası İsraili genişmiqyaslı quru əməliyyatı əvəzinə aviasiya və xüsusi təyinatlılardan istifadə etməklə məhdud əməliyyatlara diqqət yetirməyə çağırır.

Həmçinin HƏMAS-ın hədəflərinə və infrastrukturuna hədəfli zərbələrin endirilməsi təklif edilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcər bildirmişdi ki, İsrail Qəzza zolağında quru manevrlərinin əhatə dairəsini genişləndirir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, o, hazırda İsrailin Qəzza zolağında quru hərbi əməliyyatlarının genişləndirilməsi ilə bağlı xəbərlərini şərh etməyi məqsədəuyğun hesab etmir.

Bundan əvvəl Hollivud aktyorları Baydenə məktub yazaraq, onu İsrail və Qəzzada yanğını dayandırmağa çağırıblar.

 

Müəllif:Nigar