Qaynar xətt:

(+99450) 247 90 86

Boris Conson teleaparıcı olacaq

Boris Conson teleaparıcı olacaq

DÜNYA

379

27.10.2023, 23:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2024-cü ildən GB News kanalında müəllif proqramının aparıcısı olacağını bildirib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə telekanalın tamaşaçılarına onun özü məlumat verib.

 

Onun “Britaniyanın gücünü bütün dünyada nümayiş etdirəcək” proqram təqdim edəcəyi qeyd edilir.

O, həmçinin 2024-cü ildə keçiriləcək Böyük Britaniya parlament seçkilərinin işıqlandırılmasında iştirak edəcək.

"Mən tezliklə GB News-da sizə qoşulacağımı elan etməkdən məmnunam" ,-deyə  Conson bildirib.

Bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın “Rada” telekanalına müsahibəsində rusofil olaraq qaldığını və rus mədəniyyətinə heyran olduğunu bildirib. Böyük Britaniyanın keçmiş baş naziri həmçinin qeyd edib ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə əlaqəni davam etdirir. 2017-ci ildə Conson Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə özünü “inanmış rusofil” adlandırmışdı.

Conson bundan əvvəl demişdi ki, Qərb siyasi iradə nümayiş etdirməli və Ukraynanı şərtsiz və mümkün qədər tez NATO-ya qəbul etməlidir.

 

Müəllif:Afət