Tokayev onu müdafiə naziri təyin etdi
27 Sentyabr 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
360
27.10.2023, 18:47
Pakistan və Hindistan əsgərlərinin Cammu və Kəşmir sərhəddində bir-birinə atəş açdığı, hadisədə can itkisinin olmadığı açıqlanıb.
Oxu24.com xəbər verir ki,Milli mətbuatda yer alan xəbərlərə görə, Hindistanın Cammu və Kəşmir bölgəsinin sərhəd nöqtəsindən gələn pilotsuz təyyarə Pakistanın Sialkot şəhəri sərhədinə girməyə cəhd edərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən vurulub.
İki ölkə əsgərlərinin bir-birinə atəş açması nəticəsində ölən olmayıb.
Pakistan ordusundan verilən açıqlamada Pakistan təhlükəsizlik qüvvələrinin Hindistan əsgərlərinin səbəbsiz atəşə tutulmasına cavab verdiyi bildirilib.
Kəşmir məsələsi
İngiltərə 1947-ci ildə müstəmləkə kimi idarə etdiyi Hindistandan çəkildiyi üçün o zamanlar knyazlıq olan Kəşmir yeni müstəqillik əldə etmiş Hindistan və ya Pakistanla birləşmə seçimi qarşısında qaldı.
Əhalisinin 90 faizi müsəlman olan Kəşmir xalqı 1947-ci ildə Pakistana birləşməyə tərəfdar olsa da, dövrün şahzadəsi Hindistanla birləşməyə qərar verdi.
Qərara Kəşmirin müsəlman xalqı etiraz edib. Tərəflər ilk dəfə 1947-ci ildə Pakistan və Hindistanın bölgəyə qoşun yeritdiyi vaxt döyüşüb. 1965 və 1999-cu illərdə də eyni səbəbdən iki ölkə arasında müharibə baş verdi.
Müharibələrdən sonra müvəqqəti atəşkəs nəticəsində Cammu və Kəşmirin 45 faizi Hindistanın, 35 faizi isə Pakistanın nəzarətində qalıb. Bölgənin şərqindəki 20 faiz qonşu Çinə verildi.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) 1948-ci ildən bəri qəbul etdiyi qərarlarla Kəşmirin demilitarizasiyasını və gələcəyini referendumla müəyyən etməyi nəzərdə tutur.
Hindistan administrasiyası referenduma qarşı çıxsa da, Pakistan BMT Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsini istəyir.
Digər tərəfdən, Hindistan 2019-cu il avqustun 5-də Cammu və Kəşmirin xüsusi statusunu ləğv etdi və bölgəni iki "Birlik əraziləri"nə: birbaşa mərkəzi hökumətə tabe olan "Cammu Kəşmir" və "Ladax"a böldü.
Müəllif:Nigar
20:06 / 27 Sentyabr 2026
43
19:57 / 27 Sentyabr 2026
3
19:46 / 27 Sentyabr 2026
84
19:40 / 27 Sentyabr 2026
197
19:37 / 27 Sentyabr 2026
43
19:36 / 27 Sentyabr 2026
48
19:05 / 27 Sentyabr 2026
46
18:44 / 27 Sentyabr 2026
59
18:25 / 27 Sentyabr 2026
58
17:14 / 27 Sentyabr 2026
64
17:08 / 27 Sentyabr 2026
63
16:51 / 27 Sentyabr 2026
67
16:45 / 27 Sentyabr 2026
64
16:39 / 27 Sentyabr 2026
136
16:36 / 27 Sentyabr 2026
82
16:27 / 27 Sentyabr 2026
73
16:14 / 27 Sentyabr 2026
71
15:59 / 27 Sentyabr 2026
75
15:48 / 27 Sentyabr 2026
82
15:42 / 27 Sentyabr 2026
804
15:30 / 27 Sentyabr 2026
66
15:15 / 27 Sentyabr 2026
73
15:05 / 27 Sentyabr 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.