Doqquz ərəb ölkəsinin xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından İsrail və Qəzza zolağından dərhal atəşkəs öhdəliyini tələb ediblər.
Oxu24.com xəbər verir ki,Bu barədə RİA Novosti məlumat yayıb.
Misir, İordaniya, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Qətər, Küveyt və Mərakeş xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər.
“Biz Təhlükəsizlik Şurasından tərəfləri dərhal və daimi olaraq atəşi dayandırmağa məcbur etməyi tələb edirik”, - bəyanatda deyilir.
Nazirlər həmçinin “Fələstin problemini fələstinlilər və regionun digər xalqları hesabına aradan qaldırmaq və Fələstin xalqını öz torpaqlarından kənarda sıxışdırmaq cəhdini” rədd etdiklərini bildiriblər.
Bundan əvvəl Fələstin xarici işlər naziri Riyad əl-Maliki demişdi ki, Fələstin-İsrail münaqişəsinin pisləşməsi vəziyyətin yekun həlli üçün şans yaradır.
Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanırdı və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib və İsrailin Milli Təhlükəsizlik Şurası bu zolağa su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmağa qərar verib. Oktyabrın 13-də İsrail BMT-yə bildirib ki, Qəzzada quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinli 24 saat ərzində Qəzzanın cənubuna təxliyə edilməlidir.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR