Qaynar xətt:

(+99450) 247 90 86

BMT təcili toplanır

BMT təcili toplanır

DÜNYA

288

23.10.2023, 23:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

BMT Baş Assambleyasının Fələstin üzrə fövqəladə xüsusi sessiyası oktyabrın 26-da toplanacaq.

 

Oxu24.com  xəbər verir ki, bunu təşkilatın Baş Assambleyasının 78-ci sessiyası sədrinin rəsmi nümayəndəsi Monika Qreli deyib.

 

“Cənab  Frensis oktyabrın 26-da BMT Baş Assambleyasının 10-cu fövqəladə xüsusi sessiyasının 39-cu plenar iclasına sədrlik edəcək”, - bəyanatda deyilir.

 

Oktyabrın 21-də Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bəyan edib ki, Rusiya Federasiyası Fələstin-İsrail münaqişəsi üzrə dünya təşkilatının Təhlükəsizlik Şurasının yeni iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcək.

 

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasının zəruriliyi ilə bağlı qərarlarına sadiqdir.

 

Braziliyanın BMT-dəki Daimi Nümayəndəliyi bəyan edib ki, BMT Baş Assambleyasının fələstinli mülki əhalinin müdafiəsi ilə bağlı xüsusi sessiyası oktyabrın 23-də baş tutmayacaq.

 

Müəllif:Miri Məcidli