Qaynar xətt:

(+99450) 247 90 86

Misir Rəfahda qaçqın düşərgələri qurmağı təklif edir

Misir Rəfahda qaçqın düşərgələri qurmağı təklif edir

DÜNYA

284

23.10.2023, 12:01

Misir hakimiyyəti Qəzza zolağından olan qaçqınlar üçün Fələstinin Rəfah şəhərində düşərgələrin yaradılmasını təklif edib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə “Al Araby Al Jadeed” qəzeti yazır.

 

Qeyd olunur ki, Misirlə sərhəddən 3 km aralıda düşərgələrin yaradılması təklif edilir.

Eyni zamanda, onların fəaliyyətinə Qahirə nəzarət edəcək. Düşərgələr Qəzza zolağının şimalından gələn insanlara təcili yardım göstərəcək.

Həmçinin  Qahirə qaçqınların Qəzzadan Sinay yarımadasına köçürülməsinə qəti şəkildə qarşı çıxır.

Nəşrin mənbələri ağır vəziyyətdə olan qaçqınların Misir xəstəxanalarına aparılacağını bildirir. Qahirədən rəsmi açıqlama verilməyib.

Bundan əvvəl Britaniya Daxili İşlər Nazirliyinin immiqrasiya üzrə müavini Robert Cenrik teleaparıcı Viktoriya Derbişirə müsahibəsində Britaniyanın Yaxın Şərqdən olan qaçqınları qəbul etməsinin hələ tez olduğunu bildirib.

Misir prezidenti Əbdül əs-Sisi bildirib ki, ölkəsi Qəzza zolağından Sinaya qaçqınların köçürülməsinə qarşıdır.

 

Müəllif:Nigar