Tokayev onu müdafiə naziri təyin etdi
27 Sentyabr 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
340
22.10.2023, 10:38
İsrail Müdafiə Qüvvələri (IDF) Telegram kanalında Livanla sərhəd yaxınlığındakı Avivim bölgəsində tank əleyhinə raketlərlə atəş açmağa cəhd edən “terrorçu hüceyrəni” vurduğunu açıqlayıb.
Oxu24.com xəbər verir ki,İsrail ordusunun məlumatına görə, İDF əsgərləri hücumu həyata keçirə bilməmiş kameranı vurub.
Bundan əvvəl İD İsrailin Livanla sərhəddəki 14 yaşayış məntəqəsini boşalddığını açıqlamışdı.
Livan və İsrail sərhədində hər gün atışma baş verir.
İran tərəfindən maliyyələşdirilən Hizbullah terror qruplaşması Livanın ərazisində yerləşir.
Oktyabrın 21-də Hizbullah ölkənin şimalında İsrail Müdafiə Qüvvələrinin hədəflərinə hücum edib. Raket zərbəsi Hula kəndi ilə üzbəüz Əl-Abad hərbi obyektini, həmçinin “casus və müşahidə qülləsini” hədəfə alıb.
Təxminən iki həftədir ki, İsrail və Livan sərhədində qarşılıqlı atəşlər davam edir. İsrail Müdafiə Qüvvələrinin məqsədi Qəzza zolağında radikal Fələstinin Həmas qruplaşmasını məhv etmək olan “Dəmir Qılınclar” hərbi əməliyyatına başlamasından sonra vəziyyət daha da pisləşib.
İDF-nin ehtiyat sözçüsü Conatan Konrikus bildirib ki, şiə Hizbullah qruplaşmasının hücumları Livanı İsraillə müharibəyə sürükləyə bilər.
Müəlif:Nigar
21:49 / 27 Sentyabr 2026
21
21:30 / 27 Sentyabr 2026
92
21:29 / 27 Sentyabr 2026
31
21:12 / 27 Sentyabr 2026
56
21:06 / 27 Sentyabr 2026
46
21:00 / 27 Sentyabr 2026
122
20:59 / 27 Sentyabr 2026
51
20:47 / 27 Sentyabr 2026
172
20:38 / 27 Sentyabr 2026
62
20:30 / 27 Sentyabr 2026
53
20:06 / 27 Sentyabr 2026
246
19:57 / 27 Sentyabr 2026
56
19:46 / 27 Sentyabr 2026
123
19:40 / 27 Sentyabr 2026
356
19:37 / 27 Sentyabr 2026
61
19:36 / 27 Sentyabr 2026
63
19:05 / 27 Sentyabr 2026
56
18:44 / 27 Sentyabr 2026
69
18:25 / 27 Sentyabr 2026
72
17:14 / 27 Sentyabr 2026
68
17:08 / 27 Sentyabr 2026
66
16:51 / 27 Sentyabr 2026
72
16:45 / 27 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.