Qaynar xətt:

(+99450) 247 90 86

İspaniyada israilli iş adamının oteli ələ keçirilib

İspaniyada israilli iş adamının oteli ələ keçirilib

DÜNYA

354

21.10.2023, 23:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Barselonada Fələstin tərəfdarları bu gün təxminən bir saat ərzində israilli bir iş adamına aid olan bir oteli zəbt ediblər.

 

Oxu24.com xəbər  verir  ki,EFE-nin məlumatına görə, ərazidə yüzə yaxın nümayişçi olub.

 

Kadrlardan görünür ki, fəallar eyvanlara nərdivanlarla çıxıb, orada dalğalanan bayraqları söküb Fələstin bayraqları ilə əvəz ediblər.

 

Eyni zamanda, fəalların otelə yollandıqları, lakin daha sonra oranı tərk etdikləri barədə məlumatlar var.


Qeyd  edək ki,  İsraillə HƏMAS arasında şiddətli qarşıdurma oktyabrın 7-də İsrail ərazisinin Qəzza zolağından atəşə tutulması ilə başlayıb.

 

Bundan sonra fələstinli radikallar ölkəyə daxil oldular: onlar Əl-Əqsa tufanı əməliyyatının başladığını, İsrail isə rəsmən müharibə vəziyyətinə keçdiyini elan edib.

 

Müəllif: Nigar