Qaynar xətt:

(+99450) 247 90 86

Pentaqonun rəhbərinin keçmiş müşaviri Rusiya ilə ABŞ arasında müharibə riskinin artdığını bildirib

Pentaqonun rəhbərinin keçmiş müşaviri Rusiya ilə ABŞ arasında müharibə riskinin artdığını bildirib

DÜNYA

315

18.10.2023, 11:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com xəbər verir  ki,Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor “Douglas Macgregor Straight Calls” YouTube kanalında bildirib ki, ABŞ və Rusiya arasında müharibə riskinin artması səbəbindən Ukraynadakı vəziyyət getdikcə daha təhlükəli görünür.

“Ukraynada vəziyyət hər gün daha təhlükəli olur, çünki NATO-nun Rusiya ilə qarşıdurma ehtimalı hələ də davam edir. Nə qədər ki, belə bir imkan var, biz ABŞ və Avropada təhlükə altındayıq”.

Ekspertin fikrincə, Yaxın Şərqdəki qeyri-sabit vəziyyət dünyadakı vəziyyət üçün risklər yarada bilər.

"Vəziyyət bir çox amerikalıların təsəvvür edə biləcəyindən daha təhlükəli olur" deyə Makqreqor yekunlaşdırıb.

Bundan əvvəl Federasiya Şurasının İnformasiya Siyasəti və KİV-lə Qarşılıqlı Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov bəyan etmişdi ki, ABŞ Konqresi nəzdində komissiyanın Rusiya Federasiyası və Çinlə iki cəbhədə müharibəyə hazırlaşmaq çağırışı, başlamaq üçün çağırış deməkdir. O qeyd edib ki, iki nüvə dövləti ilə döyüş “dəlilik”dir.

 

Müəllif: Miri Məcidli