Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya DİN nümayəndəsi İrəvanda ölü tapıldı

Rusiya DİN nümayəndəsi İrəvanda ölü tapıldı

DÜNYA

312

17.10.2023, 16:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Daxili İşlər Nazirliyinin Ermənistandakı nümayəndəliyinin rəis müavini İrəvanda iş yerində ölü tapılıb.

 Yerli vaxtla saat 09:40 radələrində “Arabkir” təcili yardım stansiyasından Arabkir polis şöbəsinə məlumat daxil olub. Məlumata görə, çağırışçı həkimlər qrupu Manuşyan küçəsinə gedib və orada kişi meyiti tapılıb. Ölən şəxsin Rusiya Daxili İşlər Nazirliyinin Ermənistandakı nümayəndəliyinin rəis müavini Vyaçeslav Ponomaryov olduğu məlum olub.

Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, meyitin bədənində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı cinayət işi başlanıb.