Qaynar xətt:

(+99450) 247 90 86

Şolz İsrailə səfərinin məqsədini açıqlayıb

Şolz İsrailə səfərinin məqsədini açıqlayıb

DÜNYA

315

16.10.2023, 22:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniya kansleri Olaf Scholz yəhudi dövləti ilə həmrəylik nümayiş etdirmək və baş nazir Benyamin Netanyahu ilə “praktiki məsələləri” müzakirə etmək üçün oktyabrın 17-də İsrailə səfər edəcəyini bildirib.

 

Oxu24.com xəbər verir  ki,  bu barədə TASS məlumat yayıb.

 

“Mənim üçün bu səfər vasitəsilə İsraillə həmrəylik nümayiş etdirmək praktiki baxımdan vacibdir... Xüsusilə təhlükəsizlik vəziyyətindən söhbət gedəndə müzakirə ediləcək konkret praktiki məsələlər var. Söhbət həm də münaqişənin digər regionlara keçməsinin qarşısını almaqdan gedir”, - Şolz bildirib.

O qeyd edib ki, daha sonra "hamı ilə əlaqə saxlamaq" üçün Misirə gedəcək.

Almaniya kansleri həmçinin vurğulayıb ki, HƏMAS-ın yəhudi dövlətinə hücumu terror aktıdır və İsrailin özünümüdafiə hüququ var.

Yedioth Ahronoth bundan əvvəl Almaniya kansleri Olaf Şolzun oktyabrın 17-də İsrailə səfər etməyi planlaşdırdığını bildirmişdi.

“Scholz bir neçə saat İsraildə qalacaq, bundan sonra Misirə gedəcək”, - nəşr yazır.

 

Müəllif:Nigar