Qaynar xətt:

(+99450) 247 90 86

İsrail ordusu hərbi texnikanı Qolan təpələrinə aparır

İsrail ordusu hərbi texnikanı Qolan təpələrinə aparır

DÜNYA

478

16.10.2023, 21:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail Müdafiə Qüvvələri (IDF) İsrail, Suriya və İordaniya sərhədindəki Qolan təpələrinə texnika və ehtiyat hissələri toplayır.

Oxu24.com xəbər verir ki,videonu Zvezda kanalı yayıb.

Sərhəd yaxınlığında tanklar, buldozerlər, qaz tankerləri, həmçinin BMT-nin missiya maşınları və İsrail hərbçiləri görünüb.

Bildirilir ki, İsrail hərbçiləri Suriya ilə sərhəddəki müşahidə məntəqələrinə yaxınlaşmaları minalayıb. Eyni zamanda, müxbirin sözlərinə görə, Qolan təpələrində vəziyyət nisbətən sakitdir.

Zvezda jurnalistləri həmçinin bildiriblər ki, İDF öz texnikasını və hərbi personalını Qəzza zolağına köçürməyə və səhra düşərgələri yaratmağa davam edir. Müxbir güman edir ki, İsrail hərbçiləri piyadalar üçün keçidləri təmizləyəcək.

 

Müəllif:Nigar