Qaynar xətt:

(+99450) 247 90 86

Praqada Fələstin tərəfdarı mitinq başlayır

Praqada Fələstin tərəfdarı mitinq başlayır

DÜNYA

411

15.10.2023, 21:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Praqanın mərkəzindəki Vatslav meydanında saat 16:00-da  fələstinlilərin və onların tərəfdarlarının mitinqi başlayıb.

Oxu24.com İdnes-ə istindən  xəbər  verir ki, orada 100-ə yaxın adam iştirak edib.

“Soyuq və əlverişsiz havaya baxmayaraq, bazar günü 100-ə yaxın insan HƏMAS-ın 7 oktyabr ölkəyə hücumundan sonra Qəzza zolağında İsrailin reaksiyasına etiraz etmək üçün Vatslas meydanının başına toplaşıb”, - nəşr yazıb.

Qeyd edilir ki, Praqa meriyası hadisəni riskli kimi qiymətləndirib, ona görə də hadisə yerində çoxlu sayda polis, o cümlədən münaqişəyə qarşı xüsusi təyinatlı dəstənin hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir və onlar hər hansı qayda pozuntusu aşkar edilərsə, hərəkətə keçməyə hazırdırlar. 

Tədbir vətəndaş təşəbbüsü ilə “Adımıza deyil! - Yaxın Şərqdə ədalətli sülh təşəbbüsü”.

Avropanın bir sıra şəhərlərində Fələstinə dəstək aksiyaları keçirilib. İştirakçılar arasında Avropadakı Fələstin icmalarının çoxlu nümayəndələri də olub. London, Berlin və Budapeştdə etiraz aksiyalarının keçirilməsinə hakimiyyət tərəfindən icazə verilməyib. Parisdə Fələstin tərəfdarı etiraz aksiyaları rəsmən qadağan edilib.

 

Müəllif: Miri Məcidli