Qaynar xətt:

(+99450) 247 90 86

Maykl Keyn aktyorluq karyerasını 90 yaşında bitirir

Maykl Keyn aktyorluq karyerasını 90 yaşında bitirir

DÜNYA

712

15.10.2023, 19:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Britaniyalı aktyor Maykl Keyn 90 yaşında aktyorluq karyerasına son qoyur.

Oxu24.com xəbər verir  ki,Bu barədə aktyorun özü BBC Radio 4-də danışıb.

Oktyabrda ekranlara çıxan “Böyük Qaçaq” onun son kino işi olacaq.

“Başa düşdüm ki, baş rolu oynadığım və inanılmaz rəylər aldığım bir şəklim var. Bunu aşmaq üçün nə edə bilərəm?” - Keyn deyib.

Yedi onillik karyerası ərzində Keyn 160-dan çox filmdə rol alıb. Bu müddət ərzində aktyor iki Oskar da daxil olmaqla bir çox mükafat aldı və cəngavər rütbəsinə layiq görüldü.

Bundan əvvəl aktyor Brüs Uillisin həyat yoldaşı Emma Heminq ərinin demensiyasının irəliləməsindən danışmışdı.

45 yaşlı Heminq, 68 yaşlı aktyorun 2023-cü ilin fevralında idrak qabiliyyətinin tədricən itirilməsinə səbəb olan frontotemporal demensiyadan əziyyət çəkdiyini açıqladı. O, aktyorun vəziyyətini ağır adlandırır.

 

Müəllif: Nigar