Tramp İranı bu dəfə də hədələdi
12 Mart 2026, 09:46
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
277
14.10.2023, 22:14
İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahian deyib ki, Livanın Hizbullah qruplaşması İsraillə münaqişədə Fələstinin Həmas hərəkatının yanında yer ala bilər.
Oxu24.com xəbər verir ki,bu barədə İRNA agentliyi məlumat yayıb.
Nazir deyib ki, İsrail və onun tərəfdarları “Qəzzada dinc əhaliyə qarşı cinayətləri dayandırmalıdırlar, çünki bir neçə saat ərzində çox gec ola bilər”.
O əlavə edib ki, Hizbullahın müqavimət göstərmək üçün hər hansı addımı sionist varlıqda böyük zəlzələyə səbəb olacaq.
Abdollahian qeyd edib ki, müqavimət liderləri birləşib və “hər kəsin əli tətiyi tutur”.
Bundan əvvəl Abdollahian bildirib ki, İsrailin fələstinlilərə qarşı hərəkətlərinə görə ona qarşı yeni cəbhələrin açılması ehtimalı hələ də var.
Həmçinin oxuyun
Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanırdı və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib və İsrailin Milli Təhlükəsizlik Şurası bu zolağa su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib. Oktyabrın 13-də İsrail BMT-yə bildirib ki, Qəzzada quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinli 24 saat ərzində Qəzzanın cənubuna təxliyə edilməlidir.
Müəllif: Nigar
10:16 / 12 Mart 2026
28
10:09 / 12 Mart 2026
35
09:50 / 12 Mart 2026
40
09:46 / 12 Mart 2026
40
09:37 / 12 Mart 2026
40
09:25 / 12 Mart 2026
44
08:46 / 12 Mart 2026
474
08:42 / 12 Mart 2026
168
08:34 / 12 Mart 2026
126
08:14 / 12 Mart 2026
235
08:02 / 12 Mart 2026
201
00:58 / 12 Mart 2026
355
00:38 / 12 Mart 2026
349
00:25 / 12 Mart 2026
398
00:02 / 12 Mart 2026
321
23:56 / 11 Mart 2026
5652
23:53 / 11 Mart 2026
443
23:49 / 11 Mart 2026
507
23:49 / 11 Mart 2026
161
23:41 / 11 Mart 2026
135
23:40 / 11 Mart 2026
160
23:34 / 11 Mart 2026
297
23:32 / 11 Mart 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.