Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96505
az

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölən rusların  sayı 16-ya çatıb

17:3014 Oktyabr, 2023
110
DÜNYA
  • A

İsraildə HƏMAS yaraqlılarının hücumu zamanı ölən Rusiya vətəndaşlarının sayı 16-ya çatıb,

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya səfirliyi bildirib.

“İsrail vətəndaşlığı olan Rusiya Federasiyasının ölən vətəndaşlarının sayı 16 nəfərə çatıb”, - səfirliyin mətbuat katibi Marina Ryazanova bildirib.

O, əlavə edib ki, daha səkkiz rusiyalı hazırda itkin düşənlər siyahısındadır. Ən azı bir Rusiya vətəndaşı Qəzza zolağında HƏMAS-ın girovluğundadır.


Oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən İslamçı HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Buna cavab olaraq Qüds terrorla mübarizədə “Dəmir Qılınclar” əməliyyatına başladı. Onun birinci mərhələsi oktyabrın 8-nə keçən gecə başa çatıb.

Oktyabrın 10-da İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə genişmiqyaslı hücuma başladığını elan edib. İsrail təyyarələri Qəzza zolağında HƏMAS-ın bir neçə obyektinə, o cümlədən arsenal və komanda məntəqəsinə zərbələr endirib. Cebaliyadakı komanda əməliyyat məntəqəsi də hücuma məruz qalıb.

Oktyabrın 13-də İsrail Müdafiə Qüvvələri (IDF) bəyanat yayaraq Qəzzalı mülki vətəndaşları (təhlükəsizlikləri üçün) cənub bölgələrinə təxliyə etməyə çağırıb. Vətəndaşlardan İsraillə sərhədə yaxınlaşmamaq da istənilib. BMT-nin məlumatına görə, mülki şəxslərə köçmək üçün 24 saat vaxt verilib. Söhbət 1,1 milyon fələstinlidən gedir.

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cənubi Koreyada GƏRGİNLİK PİK HƏDDƏ: -Ordu anti-dövlət qüvvələri ilə döyüşə girdi
Estoniya Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsini tənqid edib
İsveçrə Trampa görə NATO-nun mümkün zəifləməsindən narahatlığını bildirib

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü