Abbas Abbasov ölüb,bir neçə yaralı var
27 Sentyabr 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
419
12.10.2023, 18:58
OXU24.COM BBC News-a istinadən bildirir ki, İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi Conatan Konrikusun sözlərinə görə, HƏMAS-ın Beeridə uşaqları qətlə yetirərək onların başlarını kəsməsi barədə indiyədək iddia, hətta feyk sayılan məlumat gerçəkdir.
"Uşaqların vəhşicəsinə qətlə yetirilməsi barədə məlumatı onlarla dinc israillinin vəhşicəsinə qətlə yetirildiyi Beeri kibutsunda olmuş koroner verib. Etiraf edirəm ki, bu məlumatı gerçəkdən də anlamaq və təhlil etmək üçün zamana ehtiyacımıh vardı. Hətta HƏMAS-ın belə vəhşilik törətdiyinə inanmaq, sözü açığı, çətin idi", - C.Konrikus söyləyib.
Onun sözlərinə görə, HƏMAS-ın həmin cinayəti törətdiyini "indi nisbi əminliklə söyləmək olar": "Orada hər tərəfdə tanınmaz hala salınmış cəsədlər vardı".
Mediada bir qədər əvvəl yer almış xəbərlərə görə, HƏMAS-ın hücumuna məruz qalmış Beeri və Kvar-Aza kibutslarında çoxsaylı qadın, uşaq cəsədləri aşkarlanıb. Uşaq cəsədlərinin başlarının kəsildiyi iddia olunurdu.
"Zaka" axtarış-xilasetmə qrupunun volontyorlarının dediklərinə görə, Beeri kibutsunda ən azı 100 israillinin cəsədlərini aşkarlayıblar: "Özü də bu rəqəm son deyil".
Qəzza bölgəsinin yaxınlığındakı Kvar-Aza kibutsunda isə 200 dinc sakinin, habelə 40 uşağın cəsədlərinin aşkarlandığı vurğulanır.
Məqaləyə dair fotomateriallar:
00:12 / 28 Sentyabr 2026
1
00:09 / 28 Sentyabr 2026
16
23:44 / 27 Sentyabr 2026
722
23:31 / 27 Sentyabr 2026
49
23:24 / 27 Sentyabr 2026
49
23:06 / 27 Sentyabr 2026
53
23:02 / 27 Sentyabr 2026
210
22:58 / 27 Sentyabr 2026
55
22:55 / 27 Sentyabr 2026
53
22:37 / 27 Sentyabr 2026
586
22:03 / 27 Sentyabr 2026
67
21:49 / 27 Sentyabr 2026
427
21:30 / 27 Sentyabr 2026
215
21:29 / 27 Sentyabr 2026
61
21:12 / 27 Sentyabr 2026
119
21:06 / 27 Sentyabr 2026
61
21:00 / 27 Sentyabr 2026
147
20:59 / 27 Sentyabr 2026
71
20:47 / 27 Sentyabr 2026
229
20:38 / 27 Sentyabr 2026
81
20:30 / 27 Sentyabr 2026
61
20:06 / 27 Sentyabr 2026
315
19:57 / 27 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.