Qaynar xətt:

(+99450) 247 90 86

İranyönlü qüvvələr ABŞ-ı hədələyir

İranyönlü qüvvələr ABŞ-ı hədələyir

DÜNYA

387

11.10.2023, 15:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com Fox News-a istinadən  yazır ki, İraqdakı iranpərəst silahlı birləşmələrin lideri Birləşmiş Ştatların Həmas və İsrail arasında müharibəyə müdaxilə edəcəyi təqdirdə Amerika hərbi bazalarına hücum edəcəyi ilə hədələyir.


“Raketlərimiz, pilotsuz təyyarələrimiz və xüsusi təyinatlılarımız Amerika düşməninə onun bazalarında dəqiq zərbələr endirməyə və bu münaqişəyə müdaxilə edərsə, onun maraqlarını pozmağa hazırdır”, - şiə silahlı “Kətaib Hizbullah”ın rəhbəri Əbu Hüseyn əl-Həmidavi deyib. 

O, həmçinin İsrail hədəflərinə raket zərbələri endirməklə hədələyib.

Əl-Həmidavi iraqlıları HƏMAS-ın hərbi kampaniyasına dəstək nümayiş etdirməyə və ianə toplamağa çağırıb.

 

Müəllif:Nigar