Qaynar xətt:

(+99450) 247 90 86

İsrail helikopterləri Livan ərazisinə zərbə endirib

İsrail helikopterləri Livan ərazisinə zərbə endirib

DÜNYA

294

09.10.2023, 19:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail Müdafiə Qüvvələri (IDF) Telegram kanalında bildirib ki, onun vertolyotları hazırda Livanda zərbələr endirir.

Oxu24.com xəbər verir ki,Oktyabrın 9-da İDF qüvvələrinin Livandan İsrail ərazisinə keçən bir neçə silahlını məhv etdiyi məlum olub.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı.

Netanyahunun sözlərinə görə, İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatı çətin və uzun sürəcək.

 

Müəllif:Nigar