Abbas Abbasov ölüb,bir neçə yaralı var
27 Sentyabr 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
311
09.10.2023, 17:37
Britaniyanın "Financial Times" qəzeti HƏMAS-ın hərbi qanadının lideri İzzəddin əl-Qəssam briqadasının həyata keçirdiyi hücumların arxasında duran şəxslə bağlı diqqətçəkən məqalə dərc edib.
OXU24.COM bildirir ki, "Qonaq: İsrailə qarşı ölümcül hücumun arxasındakı memar" başlıqlı xəbərdə İzzəddin əl-Qəssam briqadalarının komandiri Məhəmməd əl-Deyfin İsrail kəşfiyyatına yaxalanmamaq üçün hər gecə fərqli bir fələstinlinin evində qaldığı bildirilib.
"Financial Times" Deyfin "Qonaq" ləqəbinin buradan gəldiyini vurğulayıb. İngilis qəzetinə danışan fələstinli professor Mkhaimar Abusada deyib: "Bu hücumdan əvvəl Deyf az qala müqəddəs bir insan idi və həm HƏMAS, həm də fələstinlilər ona hörmət edirdi".
Fələstinli professor son əməliyyatla "Qonağ"ın hörmətinin artacağını bildirib.
Fələstinli bir silahlı səs yazısında İsraili hədələyib. Mesajda bildirilib ki, Qəzza zolağına hakim olan HƏMAS-ın tələblərinə qulaq asmasalar, İsrail "ağır bir bədəl ödəyəcək".
Mesaj HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadalarının tutulmaz lideri Məhəmməd Deyfə aid olub. İsrailin ən çox axtarılan adamlarından biri olan Deyf 7 illik səssizliyini bu mesaj ilə pozub.
İsrailin ölüm siyahısında adı birinci olan Deyf hələ ələ keçməyib. Amerikanın "New York Times" qəzetinə danışan İsrail Ordusunun sözçüsü Hidai Zilberman deyib ki, əməliyyat boyu Məhəmməd Deyfi zərərsizləşdirməyə çalışıblar.
00:12 / 28 Sentyabr 2026
79
00:09 / 28 Sentyabr 2026
114
23:44 / 27 Sentyabr 2026
2231
23:31 / 27 Sentyabr 2026
72
23:24 / 27 Sentyabr 2026
69
23:06 / 27 Sentyabr 2026
74
23:02 / 27 Sentyabr 2026
309
22:58 / 27 Sentyabr 2026
70
22:55 / 27 Sentyabr 2026
75
22:37 / 27 Sentyabr 2026
688
22:03 / 27 Sentyabr 2026
83
21:49 / 27 Sentyabr 2026
600
21:30 / 27 Sentyabr 2026
275
21:29 / 27 Sentyabr 2026
68
21:12 / 27 Sentyabr 2026
177
21:06 / 27 Sentyabr 2026
66
21:00 / 27 Sentyabr 2026
152
20:59 / 27 Sentyabr 2026
80
20:47 / 27 Sentyabr 2026
246
20:38 / 27 Sentyabr 2026
90
20:30 / 27 Sentyabr 2026
70
20:06 / 27 Sentyabr 2026
368
19:57 / 27 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.