Qaynar xətt:

(+99450) 247 90 86

Sakit okeanda sunami təhlükəsi elan edildi

2023/10/09/1696847936_1148461.jpg

DÜNYA

252

09.10.2023, 16:10

Tokionun cənubunda Sakit okeanda yerləşən Yaponiyanın uzaq Oqasavara və İzu adaları üçün bir metrə qədər sunami təhlükəsi yaranıb.

OXU24.COM  bildirir ki, bu barədə ölkənin milli meteorologiya departamenti məlumat yayıb.

Artıq Xatiszyo adalarında hündürlüyü təxminən 40 sm olan dalğalar qeydə alınıb.Bölgələrin sakinləri sahil xəttinə yaxınlaşmamağa çağırılır. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Sunamiyə Sakit Okeanda baş verən zəlzələ səbəb olub. Lakin meteorologiya idarəsi onun miqyası və mənbənin dərinliyi barədə məlumat vermir.

Ötən həftə həmin bölgədə 6,6 bal gücündə zəlzələ baş vermişdi və bu da bir metrə qədər sunami təhlükəsi ilə nəticələnmişdi.