Qaynar xətt:

(+99450) 247 90 86

Polşa Xarici İşlər Nazirliyi Fələstin Administrasiyasını İsrailə hücumu pisləməyə çağırıb

Polşa Xarici İşlər Nazirliyi Fələstin Administrasiyasını İsrailə hücumu pisləməyə çağırıb

DÜNYA

276

08.10.2023, 19:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, o, fələstinli həmkarı Riyad əl-Malikidən İsrailə hücumu pisləməyi xahiş edib.

Oxu24.com xəbər verir  ki,O, bu barədə X sosial şəbəkəsindəki hesabında (“x”, keçmiş Twitter) məlumat verib.

O, həmçinin qeyd edib ki, əl-Maliki ilə telefon danışıqları olub.

"Mən bu hərəkətləri pisləməyə çağırdım və yüzlərlə insanın ölümünə səbəb olan zorakılığı dayandırmaq üçün regional koordinasiyaya ehtiyac olduğunu bildirdim", deyə  Rau bildirib.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.

 

Müəllif:Afət