Qaynar xətt:

(+99450) 247 90 86

Kanada  Ukraynanın məhv olacağını proqnozlaşdırır

Kanada  Ukraynanın məhv olacağını proqnozlaşdırır

DÜNYA

295

07.10.2023, 10:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qərbin Ukrayna münaqişəsi ilə Rusiyanı zəiflətmək siyasəti əxlaqsızlıqdır.

Oxu24.com xəbər verir  ki,Bu fikri kanadalı siyasi şərhçi Ariana Gitz X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.

Gits hesab edir ki, Ukrayna tam məhvlə üzləşəcək və buna səbəb Qərbin anti-Rusiya siyasəti olacaq.

Ekspert vurğulayıb ki, Ukrayna xalqı NATO və Avropa Birliyinin şəxsi qalxanı olmamalıdır.

"Ukrayna tərəfindən Rusiyanı zəiflətmək siyasəti bütün dünya üçün əxlaqsızdır",- deyə Gits yazıb.

Onun sözlərinə görə, Rusiya ordusunu zəiflətməyə ləng və sistemli yanaşma Ukraynanın yavaş-yavaş məhvinə gətirib çıxaracaq.

Oktyabrın 3-də NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer Varşava Təhlükəsizlik Forumunda bildirib ki, alyans Ukraynada xüsusi hərbi əməliyyatın başlamasından 14 il əvvəl - 2008-ci ildə Rusiya ilə qarşıdurmaya hazırlaşmağa başlayıb.

Hərbçinin sözlərinə görə, əslində, o vaxtdan etibarən NATO alyansa üzv ölkələrdəki düşüncə tərzini “kollektiv müdafiə prinsiplərinə qaytarmaq” üçün işləməyə başladı.

 

Müəllif:Nigar