Qaynar xətt:

(+99450) 247 90 86

Bayden və Xi Jinping noyabrda görüşə bilər

Bayden və Xi Jinping noyabrda görüşə bilər

DÜNYA

310

06.10.2023, 22:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bayden, Kaliforniyada keçirilən APEC sammitində Si Cinpin ilə görüşə razılıq verib.

 

ABŞ prezidenti Co Bayden hesab edir ki, noyabrda Kaliforniya ştatının San-Fransisko şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Çin sədri Si Cinpinlə görüş böyük ehtimaldır.

Oxu24.com xəbər verir  ki,O, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

"Belə bir görüş hələ təşkil edilməyib. Amma bu mümkündür", - Bayden deyib.


Bundan əvvəl Ağ Evin Amerika lideri Co Bayden və Çin prezidenti Si Tszinpin arasında mümkün görüşə hazırlaşdığı barədə məlumatlar yayılıb. Bu barədə rəsmi məlumat verilməyib, lakin medianın məlumatına görə, liderlər arasında danışıqlar Kaliforniyada baş tuta bilər.

 

Müəllif:Nigar