Qaynar xətt:

(+99450) 247 90 86

Livanda həbsxanada yanğın: 4 nəfər ölüb

Livanda həbsxanada yanğın: 4 nəfər ölüb

DÜNYA

322

06.10.2023, 21:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Livanın şərqində bir həbsxanada məhbusların "pis həyat şəraitinə" etiraz etmək üçün başlatdıqları yanğında 4 məhbus həyatını itirib.
 

Oxu24.com xəbər verir  ki,Livanın rəsmi agentliyi NNA tərəfindən yayımlanan xəbərdə Bekaa əyalətindəki Zahle həbsxanasında baş verən yanğınla bağlı təfərrüatlar paylaşılıb.

Bildirilib ki, bəzi məhbuslar “yaşayış şəraitinin pis olmasına” etiraz olaraq həbsxananın yuxarı mərtəbəsində yanğın törədiblər və alov qısa müddətdə bütün mərtəbələrə yayılıb.

İlkin təsbitlərə görə, baş verən yanğında 4 məhbus həyatını itirib və şəhərdə dinc sakinlər həlak olub.

Hadisə şahidi bildirib ki, həbsxanaya çoxlu təcili yardım maşınları gəlib və yaralılar şəhərdəki xəstəxanaya aparılıb.

Livan Daxili İşlər Nazirliyi Zahle Həbsxanasında baş verən hadisələrin Baş Qərargah ilə koordinasiyalı şəkildə izlənildiyini və bütün lazımi tədbirlərin görüldüyünü açıqlayıb.

 

Müəllif:Nigar