Abbas Abbasov ölüb,bir neçə yaralı var
27 Sentyabr 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
309
06.10.2023, 21:10
Oxu24.com xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisinin tərəfdaşlarını və beynəlxalq ictimaiyyəti Rusiyanın Abxaziya ərazisində daimi hərbi dəniz bazası yaratmaq planlarına cavab verməyə çağırıb.
“Mən Gürcüstanın tərəfdaşlarını və beynəlxalq ictimaiyyəti dərhal reaksiya verməyə çağırıram...”,-deyə dövlət başçısının bəyanatında deyilir.
Zurabişvili vurğulayıb ki, respublika ərazisində hərbi-dəniz bazası açmaq qərarı Qara dəniz regionu və bütövlükdə Gürcüstanın Avropa inkişafı üçün təhlükə yaradır.
Bundan əvvəl Avropa İttifaqı da Rusiyanın Abxaziyada hərbi-dəniz bazası qurmağı planlaşdırdığına dair məlumatların ortaya çıxması ilə bağlı “dərin narahatlığını” ifadə edib.
“Avropa İttifaqı Rusiyanın Abxaziya bölgəsində Qara dəniz donanması üçün daimi hərbi dəniz bazası yaratmaq planlarına dair məlumatlardan dərin narahatlığını ifadə edir”, - bəyanatda deyilir.
Bundan əvvəl Abxaziya prezidenti Aslan Bjaniya Abxaziyada Qara dəniz sahilində Rusiya Hərbi Dəniz Qüvvələri üçün yeni daimi bazanın yaranacağını və artıq müvafiq sazişin imzalandığını bildirmişdi. Oçamçira rayonunda yerləşəcək.
Rusiya Abxaziyanın suverenliyini 26 avqust 2008-ci ildə tanıyıb. Bu il respublikada hadisənin 15 illiyi şərəfinə bayram tədbirləri keçirilib. İndi Rusiya və Abxaz hərbçiləri respublikanın təhlükəsizliyini təmin etmək üçün birgə çalışırlar. Abxaziya sərhədlərində Rusiya FSB-nin sərhədçiləri də işləyir.
Müəllif:Nigar
05:25 / 28 Sentyabr 2026
1
00:12 / 28 Sentyabr 2026
105
00:09 / 28 Sentyabr 2026
138
23:44 / 27 Sentyabr 2026
2909
23:31 / 27 Sentyabr 2026
85
23:24 / 27 Sentyabr 2026
89
23:06 / 27 Sentyabr 2026
84
23:02 / 27 Sentyabr 2026
357
22:58 / 27 Sentyabr 2026
82
22:55 / 27 Sentyabr 2026
89
22:37 / 27 Sentyabr 2026
739
22:03 / 27 Sentyabr 2026
95
21:49 / 27 Sentyabr 2026
763
21:30 / 27 Sentyabr 2026
307
21:29 / 27 Sentyabr 2026
75
21:12 / 27 Sentyabr 2026
208
21:06 / 27 Sentyabr 2026
73
21:00 / 27 Sentyabr 2026
158
20:59 / 27 Sentyabr 2026
89
20:47 / 27 Sentyabr 2026
257
20:38 / 27 Sentyabr 2026
99
20:30 / 27 Sentyabr 2026
76
20:06 / 27 Sentyabr 2026
415
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.