Qaynar xətt:

(+99450) 247 90 86

Polşa miqrantların Avropaya köçürülməsi qərarının qarşısını aldı

Polşa miqrantların Avropaya köçürülməsi qərarının qarşısını aldı

DÜNYA

232

06.10.2023, 20:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşanın baş naziri Mateusz Morawiecki bildirib ki, Varşava İspaniyanın Qranada şəhərində keçirilən qeyri-rəsmi Aİ sammitində qeyri-qanuni miqrantların Avropaya köçürülməsinə dair qərarın qəbuluna mane olub.

Oxu24.com xəbər verir ki, Bu barədə TASS məlumat yayıb.

Morawiecki vurğulayıb ki, Polşa hökuməti Avropa Birliyinin bütün Avropaya yaymaq istədiyi qeyri-qanuni miqrasiya dalğasının cilovlanmasının yeganə təminatçısıdır.

O, miqrasiya ilə bağlı bəzi qərarlara veto qoymağa qərar verdiyini vurğulayıb.

Polşanın baş naziri əlavə edib ki, Avropa Şurasının rəhbəri Şarl Mişel bu mövqeyi qəbul edib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Aİ-nin qaçqın və miqrantların icmaya yerləşdirilməsi planına qarşı çıxan Polşa və Macarıstanın mövqeləri mütləq belə bir qərarın qarşısını almayacaq.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban ölkəsinin qeyri-qanuni miqrasiya ilə bağlı barışmaz mövqe tutacağını bildirmişdi.

 

Miri Məcidli

 

Bundan əvvəl Morawiecki demişdi ki, Avropa İttifaqının bir çox ölkəsi qeyri-qanuni miqrantların məcburi köçürülməsi ilə razılaşmaq istəmir, lakin bir çoxları Brüssel və Berlinin “diqtəsindən” qorxurlar.