Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan Rusiyadan kömək istəyib

Ermənistan Rusiyadan kömək istəyib

DÜNYA

277

06.10.2023, 18:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com xəbər verir  ki,Rusiya XİN-in məlumatına görə, İrəvanın sifarişi ilə Rusiya respublikaya 15 min ton benzin və 20 min ton dizel yanacağı tədarük etməyə başlayıb.

“Ermənistan rəhbərliyinin müraciətinə cavab olaraq Rusiya respublikanın ehtiyac duyduğu neft məhsullarını tədarük etməyə başlayıb.

Söhbət 15 min ton benzin və 20 min ton dizel yanacağından gedir. Tərəfdaşların xahişindən məlum olduğu kimi, Ermənistanda bu sahədə vəziyyət asan deyil”, - Rusiya XİN-dən bildiriblər.

Rusiya diplomatik xidməti, Rusiya hökumətinin sentyabrın 21-də kommersiya benzini və dizel yanacağının ixracına müvəqqəti qadağa qoymasına baxmayaraq, Moskvanın “2013-cü ilin dekabrında imzalanmış müvafiq hökumətlərarası saziş çərçivəsində müttəfiqləri ilə yarı yolda görüşdüyünü” açıqlayıb. 

 

Müəllif: Nigar