Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya prezidenti Putin: Hindistanı Rusiyadan uzaqlaşdırmaq cəhdləri mənasızdır

Rusiya prezidenti Putin: Hindistanı Rusiyadan uzaqlaşdırmaq cəhdləri mənasızdır

DÜNYA

329

06.10.2023, 13:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya prezidenti Vladimir Putin Qərbin onun “inhisarçılığına” qarşı çıxan hər kəsdən düşmən yaratmağa çalışdığını bəyan edib və “Hindistanı Rusiyadan uzaqlaşdırmaq cəhdlərinin mənasız olduğunu” deyib.
 

Oxu24.com xəbər verir  ki,Hindistanın NDTV kanalının xəbərinə görə, Putin Soçidə keçirilən Beynəlxalq Valday Klubunun toplantısında cari məsələlərlə bağlı sualları cavablandırıb.

Putin, “Qərb onun monopoliyasına qarşı çıxan hər kəsdən düşmən yaratmağa çalışır, hər kəs risk altındadır, hətta Hindistan da, lakin Hindistan administrasiyası müstəqil şəkildə öz millətinin maraqlarına uyğun hərəkət edir”, deyə o bildirib.

Hindistanı Rusiyadan uzaqlaşdırmaq cəhdlərinin mənasız olduğunu vurğulayan Putin Hindistanın baş nazir Narendra Modinin rəhbərliyi altında getdikcə daha da gücləndiyini qeyd edib.

Putin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) islahatların aparılmasının zəruriliyinə diqqət çəkib və Hindistan, Braziliya və Cənubi Afrika kimi ölkələrin “qlobal blokda” daha çox təmsil olunmağa layiq olduğunu bildirib.

 

Müəllif:Nigar