Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96060
az

Qukasyan meyitlərdən qızılı buna görə toplamışdı - ŞOK

00:0106 Oktyabr, 2023
193
DÜNYA
  • A

Ermənilərin 80-ci illərin əvvələrindən Azərbaycana qarşı hazırlanan işğal proqramında “Krunk” (Durna) adlanan bir terror təşkilatının aktiv iştirakı olub. Bu təşkilat 1988-ci il martın 24-də SSRİ Ali Sovetinin qərarı ilə buraxıldı. Buna baxmayaraq, təşkilat bu gün də fəaliyyət göstərir.

Bu sözləri tarixçi alim, dosent Zaur Əliyev Qarabağın keçmiş separatçı dəstəsinin keçmiş başçılarından olan və hazırda həbs edilərək Bakıya gətirilən Arkadi Qukasyanın terror fəaliyyəti haqda qeyd edib.

Alim xatırladıb ki, “Krunk” təşkilatından daha separatçı, təxribatçı “Qarabağ komitəsi” də vardı: “Bu komitənin əsas məqsədi keçmiş Dağlıq Qarabağ vilayətini Ermənistana birləşdirmək idi. Bu komitə Dağlıq Qarabağın Ermənistana ilhaqına dair bir sıra planlar hazırlayırdı. Təşkilatın üzvlərinə bu şəxslər də daxil idi: Ermənistan ordusunun qurucusu Vazgen Sərkisyan, Şuşada doğulmuş, Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, sonradan Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan, Xankəndidə doğulmuş, Ermənistanın prezidenti olmuş Serj Sərkisyan, keçmiş “dqr”in keçmiş “prezidenti” Arkadi Qukasyan, Xankəndidə doğulmuş, ifrat erməni millətçilərindən, ideoloq Zori Balayan”.

Alimin sözlərinə görə, Sumqayıtda baş verən hadisələrin də ssenaristləri onlar idi: “1988-ci ildə, hadisələrin ilk aylarından Xocalı şəhərinin girəcəyində evin yandırılması və azərbaycanlı dinc sakinlərin bir neçəsinin yaralanması ilə nəticələnən təxribat aksiyası konkret olaraq Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyanın təşkliatçılığı və bilavasitə rəhbərliyi altında törədilmişdi. Qarabağda azərbaycanlı və rus zabitlərin və dövlət rəsmilərinin olduğu 20 noyabr Qarakənd üzərindəki helikopter faciəsini də törədən məhz bu təşkilat idi.

Qukasyan uzun zaman jurnalist olub. Hadisələr başlanan gündən varlanmağın yolunu tapan Qukasyan terror fəaliyyətinə başlayıb.

1957-ci ildə Xankəndi şəhərində anadan olduğu yazılır. Lakin o, Xocalı rayonunun ən cənubunda yerləşən, ermənilərin “Moşxmaat” adlandırdğı Quşçubaba (orijinal Quşi-baba) kəndində anadan olub. Məhz ilk dəfə bu qatilin amansız hərəkətləri haqda məlumatı Quşçubaba və Mədətkənd döyüşləri zamanı aldıq.

Arkadi Qukasyan və Zori Balayan birlikdə Xocalıda soyqırım törədən 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç ilə danışıqlar aparıb. Razılaşmadan sonra Arkadi Qukasyan erməniləri toplayaraq bildirib: “366-cı alayın bütün şəxsi heyəti və texnikası ilə razılaşdıq. Amma bu, bizə çox baha başa gəldi. Əmr belədir: evlərdən, meyitlərin üstündən çıxan pulun-qızılın hamısı bir yerə toplanmalıdır. Döyüş planı da alayın qərargahında hazırlanacaq. Hücum “Sumqayıt hadisələri”nin ildönümü günü başlanacaq”.

Xocalı, Meşəli, Kosalar kəndində amansız soyqırımın iştirakçılarından biri da Qukasyan idi. Qukasyan törətdiyi vəhşliliklərə görə Montenin, Köçəryanın, Sərkisyanın, Balasanyanın, Saakyanın və digərlərinin rəğbətini qazanır və bundan sonra onun karyerası yüksəlir.

Yeri gəlmişkən: Onun İrəvanda Sərkisiyanın villası ilə yanaşı böyük villası olduğu deyilir, çünki bu iki qatil döyüş meydanında birlikdə yerli dinc sakinlərə qarşı qətllər törətmişlər. Sərkisyanın prezident olduğu dövrdə hər yay tətilini birgə keçiriblər.

PKK düşərgəsində hərbi təlimlər alan Qukasyan onları Ermənistanla əməkdaşlıq etməyə sövq edir. Ermənistan xaricdən dəstək almaq üçün Laçın ərazilərində kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib. Bununla da ermənilər PKK terror təşkilatının dəstəyini qazanıb. 1992-ci ildə Robert Köçəryan, Serj Sərkisyan və Arkadi Qukasyanın təşəbbüsü və Dünya Erməni Terror Təşkilatlarının dəstəyi ilə Livan, İraq və Suriyadan keçmiş Dağlıq Qarabağa gətirilən kürd könüllülərdən təşkil edilən bir batalyon Azərbaycana qarşı döyüşürdü.

Qarabulaq və Dəmirçilər döyüşləri zamanı qarşısına çıxan dinc sakinləri zirehli maşında əzib keçən Qukasyanın Qarabağın digər rayonlarında qanlı əməllərə imza atması məlumdur. Füzuli rayon sakini Validə Cəfər qızı İbrahimova yazdığı izahatında göstərmişdir ki, R.Köçəryan və A.Qukasyan həqiqətən qaniçən, vətəndaşlarımızı güllələyən cani və cinayətkarlardır. V.İbrahimova bu alçaqları öz gözləri ilə görən bir insan kimi xahiş və tələb edir ki, onlar haqqında beynəlxalq aləmdə lazımi ölçü götürsünlər”. (olke.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Tramp yeni kripto yaradır
Trampdan ŞOK TƏKLİF: Avropa bu ölkəyə qoşun yeritsin
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - Foto

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu