Qaynar xətt:

(+99450) 247 90 86

Homsda hərbi məktəbə hücum nəticəsində 100 nəfər həlak olub

Homsda hərbi məktəbə hücum nəticəsində 100 nəfər həlak olub

DÜNYA

347

05.10.2023, 21:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Suriyanın Homs şəhərində hərbi məktəbə pilotsuz təyyarənin hücumu nəticəsində ölənlərin sayı 100-ə çatıb.

Oxu24.com xəbər verir  ki,bu barədə Suriya İnsan Haqları Şurası məlumat yayıb.

Ölənlərin və yaralananların əksəriyyəti məktəbə dəvət olunmuş suriyalı əsgərlərin qohumlarıdır. Onların arasında qadınlar və uşaqlar da var.

Məzuniyyət mərasimində Suriyanın müdafiə naziri Əli Mahmud Abbas iştirak edib. Təntənəli buraxılış 1973-cü il Ərəb-İsrail müharibəsinin 50-ci ildönümünə təsadüf etdi.

Oktyabrın 3-də İsrail Müdafiə Qüvvələri Suriya Silahlı Qüvvələrinin ölkənin şərqində yerləşən mövqelərinə aviazərbələr endirib. Hücum nəticəsində iki Suriya əsgəri yaralanıb.

Sentyabrın 18-də amerikapərəst koalisiyanın MQ-9 kəşfiyyat və hücum pilotsuz təyyarəsi Suriyanın şimal sərhədi boyunca planlı uçuş həyata keçirən Rusiya Aerokosmik Qüvvələrinin Su-35 təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.

 

Müəllif:Afət