Qaynar xətt:

(+99450) 247 90 86

Putin BMT Təhlükəsizlik Şurasına hansı dövlətlərin daxil edilməsindən danışıb

Putin BMT Təhlükəsizlik Şurasına hansı dövlətlərin daxil edilməsindən danışıb

DÜNYA

289

05.10.2023, 20:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Putin: Hindistan, Braziliya və Cənubi Afrika BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Hindistan, Braziliya və Cənubi Afrika Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) təmsil olunmalıdır.

Oxu24.com xəbər verir ki,Dövlət başçısı vurğulayıb ki, əsas beynəlxalq qərarların qəbulunda onların çəkisi artmalıdır.

Rusiya Federasiyası liderinin sözlərinə görə, bu dövlətlər əsas beynəlxalq məsələlərin həllinə təsir göstərir və böyük potensiala malikdirlər. Xüsusilə Hindistandan danışan Putin qeyd edib ki, ölkə əhalisi artıq milyard yarımı keçib, iqtisadi artım isə 7%-dən çoxdur.

"Bu, qüdrətli ölkədir. Baş nazir [Narendra] Modinin rəhbərliyi altında ildən-ilə daha da qüdrətlənir. Yaxud Latın Amerikasında Braziliya: əhali çox böyükdür, təsir artımı böyükdür. Cənubi Afrika. Yaxşı, necə onların dünyadakı təsirini nəzərə almayaq?” - deyə dövlət başçısı Soçidə keçirilən yubiley, Valday Diskussiya Klubunun XX illik toplantısının plenar iclasında çıxışı zamanı bildirib.


Prezident vurğulayıb ki, beynəlxalq gündəmdə əsas qərarların qəbulunda onların çəkisi artmalıdır.

Putin Afrika ölkələrinə BMT Təhlükəsizlik Şurasında və G20-də yer verilməsindən danışıb.

 

Müəllif:Nigar