Qaynar xətt:

(+99450) 247 90 86

Uşaqlar arasında meningit epidemiyası yayılıb

Uşaqlar arasında meningit epidemiyası yayılıb

DÜNYA

268

03.10.2023, 20:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Nijni Taqilin  bölgəsində  uşaq təhsil müəssisələrində meningit epidemiyası qeydə alınıb.

Oxu24.com xəbər verir  ki, bu barədə v-tagile.ru məlumat yayıb.

Qonşu iki 40 və 69 nömrəli məktəbdə və bir uşaq bağçasında infeksiya ocağı qeydə alınıb. Bu müəssisələrdə ümumilikdə 12 xəstəliyə yoluxma halı qeydə alınıb ki, bu da rayon üzrə orta xəstələnmə göstəricisindən 4,6 dəfə çoxdur.

Bütün xəstələr yoluxucu xəstəliklər xəstəxanasına göndərilib, orada müalicə olunub. Onların təhsil müəssisələrinə getməsi də qadağan edilib. Hadisələr aşkar edilən təşkilatlarda havanın dezinfeksiya rejimi tətbiq edilib.

Bundan əlavə, təhsil müəssisələri Rospotrebnadzorun şəhər rəhbərliyinə göndərdiyi tövsiyələri həyata keçirirlər.

 

Müəllif:Afət