Qaynar xətt:

(+99450) 247 90 86

“Mercedes-Benz”-ə silahlı hücum: 20 milyon pul apardılar

“Mercedes-Benz”-ə silahlı hücum: 20 milyon pul apardılar

DÜNYA

280

03.10.2023, 19:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskvada naməlum şəxslər “Mercedes-Benz” markalı avtomobildə olan 48 yaşlı kişiyə atəş açıb və içərisində 20 milyon rubl olan çantasını alıblar.

Oxu24.com xəbər verir  ki,bu barədə ren.tv məlumat yayıb.

Hadisə Donetska küçəsində baş verib. İlkin məlumata görə, dörd hücumçu “Mercedes-Benz” markalı avtomobilin şüşələrini sındıraraq sürücüyə bibər qazı vurub. Bundan sonra onlar kişiyə 7 dəfə atəş açıb, maşından 20 milyon rubl olan çantanı çıxarıb və “İnfiniti” ilə yola düşüblər.

Hadisənin şahidləri təcili yardım çağırıblar. “Mercedes-Benz”də olan şəxs xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti haqqında heç nə məlum deyil.

 

Müəllif:Nigar